Cari ilin 6 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 225 milyon 624,2 min manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 77 milyon 35,8 min manat olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu haqda paylaşım edib: "Bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111,9 faiz və 117,9 faiz təşkil edib".