Rusiya Federasiyasının prezidenti Vladimir Putin rəqəmsal maliyyə aktivlərinin (RMA) satışı və vergi ödəyicilərinin müvafiq gəlirləri üzrə əməliyyatların vergiyə cəlb edilməsinin xüsusiyyətlərini nəzərdə tutan qanunu imzalayıb. Rəsmi hüquqi informasiya saytında dərc olunmuş qanuna əsasən, rəqəmsal maliyyə aktivlərinin buraxılışını həyata keçirən informasiya sistemləri operatorlarının xidmətlərindən, bu cür aktivləri mübadilə edən operatorların xidmətlərindən, eləcə də rəqəmsal maliyyə aktivlərinin satışı üzrə əməliyyatlardan ƏDV tutulmayacaq. Sənədlə təsbit edilir ki, maliyyə nəticəsi ayırca hər bir əməliyyat və əməliyyatların cəmi üçün gəlirin ödənilməsi tarixinə müəyyən edilir.
Yeni qanuna əsasən, rəqəmsal maliyyə aktivləri ilə utilitar rəqəmsal hüquqların eyni vaxtda daxil olduğu rəqəmsal hüquqların həyata keçirilməsi zamanı vergi bazası məbləği nəzərə alınmaqla qeyd olunan rəqəmsal hüququn realizə qiyməti ilə onun əldə edilməsi qiyməti arasındakı fərq kimi müəyyən edilir. Qanunda göstərilir ki, vergi ödəyiciləri tərəfindən hesablanmış və ödəniş alındıqdan sonra büdcəyə ödənilmiş vergi məbləğləri, rəqəmsal hüquqların verilməsi ilə əlaqədar qismən ödənilmiş vergi məbləğlərindən tutulmalar aparılır. Tutulmalar üzrə öhdəliklərin yerinə yetirilməsi pul vəsaitləri və ya malların (işlərin, xidmətlərin), əmlak hüquqlarının verilməsi, satışı vergidən azad edilən əməliyyatların həyata keçirilməsi yolu ilə aparılmalıdır.