Altı ayda bərpaolunan mənbələrdən 1 milyard 162,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub

2022.07.14 15:19 (UTC+04:00)

Cari ilin ilk yarısında bərpaolunan mənbələrdən 1162,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

Cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpaolunan mənbələrdən 205,3 milyon kilovat-saat artımla 1 milyard 162,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.