Azərbaycan və Gürcüstan şəhərlərinin qardaşlaşma memorandumu imzalanıb

2022.07.13 18:04 (UTC+04:00)

Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumları əlaqələrimizin möhkəmləndirilməsi və inkişafına mühüm töhfədir.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.