Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ilin altı ayı ərzində sahibkarlıq subyektlərinə ən çox sayda güzəştli kredit verən müvəkkil kredit təşkilatlarının siyahısını açıqlayıb.
SİF-dən bildirilib ki, sözügedən kredit təşkilatları bunlardır: “Bank Respublika” ASC – 301, “UniBank” ASC – 287, “Yelo Bank” ASC – 243, “AccessBank” QSC – 197, “Aqrarkredit” QSC BOKT – 120.