Qlobal kredit sisteminin arxitekturasında, o cümlədən kredit reytinqləri sistemində islahatlar aparılmaq dünya iqtisadiyyatının gündəliyinə gətirilən məsələlərdəndir. BMT-nin baş katibi Antonio Quterreş G20 ölkələri nazirləri görüşünün iştirakçılarına videomüraciətində bu məsələni qaldırıb. "Biz qlobal miqyasda yeni istiqamət müəyyənləşdirməliyik. Beynəlxalq kredit sistemi təcili islahatların aparılmasını tələb edir. Bizə borc yükünü operativ şəkildə azaldan alətlər və bu həssaslığı nəzərə alan restrukturizasiya çərçivələri lazımdır. Biz həmçinin kredit reytinqlərində dəyişiklik etmək və borc almaq üçün xüsusi hüquqlar vermək haqqında düşünməliyik", - A.Quterreş əlavə edib.