İstehsal və emal sahəsində fəaliyyət göstərən müəssisələr üçün resurs səmərəliliyinin və qənaətli istehsalın ölçülməsinə dəstək məqsədilə özünüqiymətləndirmə platforması yaradılıb. Bu platforma vasitəsilə müəssisələr fəaliyyətlərinin ətraf mühitə təsirini, su və enerji istifadəsinin səmərəliliyini, tullantıların “yaşıl idarəetməsi”ni onlayn formada qiymətləndirə bilərlər. Müəssisə tərəfindən platformaya daxil edilən məlumatlar əsasında qabaqcıl beynəlxalq təcrübəyə uyğun metodologiya ilə müəssisənin səmərəliliyi ölçülür və təkmilləşdirilməsi üçün zəruri tövsiyələr verilir.
Platforma Avropa İttifaqının “EU4Envinroment” proqramı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşəbbüsü ilə yaradılıb.
Müəssisələr aşağıdakı linkə daxil olmaqla resurs səmərəliliyi və qənaətli istehsal üzrə özünü qiymətləndirə bilər: https://yb.smb.gov.az