Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

2022.07.13 11:30 (UTC+04:00)

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın növbəti rüb üzrə ödəniləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.