Moskvada İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) müşaviri Zöhrab Qədirov, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev və Rusiyanın “Technonicol” şirkətinin idarəedici tərəfdaşı Sergey Kolesnikov arasında görüş keçirilib.
AZPROMO-dan bildirilib ki, görüşdə investisiya və biznes sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
AZPROMO-nun müşaviri Zöhrab Qədirov Azərbaycanda biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, sənaye zonalarının yaradılması və inkişafı, həmçinin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə əlavə imkanlar yaradan Ələt Azad İqtisadi Zonası haqqında məlumat verib.