Dünya Bankının və KOB Maliyyə Forumunun nümayəndələri ilə görüş keçirilib

2022.07.08 13:02 (UTC+04:00)

Vaşinqtonda işgüzar səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Dünya Bankının icraçı direktoru Katarzyna Zajdel Kurovska və KOB Maliyyə Forumunun Biliklərin idarə edilməsi üzrə rəhbəri Kristina Kuşnir ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşlərdə Dünya Bankı ilə birgə təşəbbüslərin reallaşdırılmasına, bankın müxtəlif proqram və layihələrində iştirak imkanlarına, KOB-ların maliyyələşdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.