DSMF büdcəsindən əhaliyə 2,5 milyard manatdan çox ödəniş edilib

2022.07.08 12:07 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 9 faiz və ya 238 milyon manat çox olmaqla 2 milyard 806 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib. Yanvar-iyun aylarında bu daxilolmalarda 12 faiz və ya 236 milyon manat artım baş verib.

Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya 120 milyon manat artaraq 2 milyard 591 milyon. manat olub.