Dövlətimiz qeyri-neft-qaz sənaye sahələrinin inkişafına maliyyə dəstəyini davam etdirir

2022.07.07 16:25 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu qeyri-neft-qaz sənaye sahələrinin inkişafı üzrə istehsal və emal yönümlü layihələrə maliyyə dəstəyini davam etdirir. Bu məqsədlə Qəbələdə lavanda yağının istehsalı ilə məşğul olan “The Best Choice” MMC-yə 130 min AZN məbləğində güzəştli kredit ayrılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşımında bu haqda məlumat verib.