“Azərbaycanda sahibkarlıq fəaliyyətinin qeydiyyata alınması və aparılması” mövzusunda təlim keçiriləcək

2022.07.07 15:05 (UTC+04:00)

İyulun 15-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Azərbaycanda sahibkarlıq fəaliyyətinin qeydiyyata alınması və aparılması” mövzusunda təlim keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Məhəmməd Həsənli biznesin yaradılması; sahibkarlığın hüquqi formaları; sahibkarlıq fəaliyyətini tənzimləyən qanunlar və normativ aktlar; yaşıl sahibkarlıq; əməyin təhlükəsizliyi; rəqəmsallaşma və sahibkarlığın gələcək trendləri mövzularında məruzələr edəcək. Saat 14:00-da keçiriləcək təlimdə iştirak etmək istəyən KOB subyektləri (+994 70) 300-80-02 nömrəsi ilə əlaqə saxlaya və ya “baki@kobim.az” elektron poçt ünvanına müraciət edə bilərlər. Təlim ödənişsizdir.