Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında əhəmiyyətli artım olub

2022.07.07 14:13 (UTC+04:00)

Vergi daxilolmalarında müşahidə olunan artımın mühüm hissəsi qeyri-neft-qaz sektorunun payına düşür. Bu ilin 6 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% artaraq 4 milyard 398,1 milyon manat olub və proqnoz 128,6% icra edilib.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.