Dövlət Vergi Xidməti 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 146,7% yerinə yetirib.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib: "Dövlət büdcəsinə 6 milyard 482 milyon manat köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 2 milyard 64,6 milyon manat artıqdır. Bu müddətdə büdcəyə köçürülmüş vəsaitlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,3% çoxdur".