Böyük Britaniya son on ilin ən böyük vergi güzəştinə hazırlaşır

2022.07.07 11:58 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Boris Conson son on ildə ən böyük vergi endiriminin anonsunu verib. O, “Twitter” hesabında yazıb: "Biz son on iln ən böyük vergi endiriminə gedəcəyik. Bu, yaşayış xərclərinin artması problemini həll etmək və vergilərin daha da azaldılmasına yol açmaq üçün məsuliyyətli və uzunmüddətli bir yoldur".

Hökumət işçilərin maaşına əsaslanan dövlət sosial sığorta sisteminə üzvlük haqqı həddini 9.500 funt sterlinqdən 12.570 funt sterlinqə qaldırmaq qərarına gəlib. “Sky News” xəbər verir ki, bu qərar aşağı gəlirli 2,2 milyon britaniyalıya həmin ödənişi etməməyə imkan verəcək. Bundan əlavə, 30 milyon insan üçün üzvlük haqqı azalacaq və onlar ildə 330 funt sterlinq qənaət edəcəklər.

Böyük Britaniya Milli Statistika Bürosunun məlumatına görə, may ayında Böyük Britaniyada illik inflyasiya 9,1%-ə çataraq 1982-ci il rekordunu yeniləyib.