Azərbaycanda Türkiyə şirkətlərinin investisiya yatırması üçün yetərli xammal var

2022.07.06 15:05 (UTC+04:00)

Azərbaycanda Türkiyə şirkətlərinin investisiya yatırması üçün yetərli xammal var.

Bu sözləri Kiçik və Ota Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş “Caspian Energy Forumu”n Xüsusi Sessiyasında deyib.

“Azərbaycanda bir sıra sahələr üzrə məhsulların əksəriyyəti Türkiyədən idxal edilir. Bu məhsulların Azərbaycanda istehsal olunması üçün ölkəmizdə kifayət qədər xammal mövcuddur. Türkiyə şirkətlərinin bu sahədə təcrübəsi çoxdur və Azərbaycana investisiya yatırmaq üçün əlverişli şərait var”, - deyə Natiq Həsənov bildirib.