Gürcüstanda inflyasiya keçən ay azalıb

2022.07.06 12:57 (UTC+04:00)

Gürcüstanın Milli Statistika Xidməti “Sakstat”ın məlumatına əsasən, may ayında ölkədə inflyasiya 13,3 faiz oub, iyunda isə bu göstərici 12,8 faizə enib. İyun ayında illik nisbətdə ən çox meyvə və giləmeyvə (2,2 faiz), qəhvə, çay və kakao (1,2 faiz), çörək və çörək məhsulları (1 faiz), yağ və piylər (0,9 faiz) bahalaşıb. Bununla belə, tərəvəz ucuzlaşıb (-4,2 faiz).

Qeyd edək ki, 2021-ci ilin mart ayından qonşu ölkədə illik inflyasiya artmaqdadır. İnflyasiya proseslərini cilovlamaq üçün Respublika Milli Bankı yenidən maliyyələşdirmə dərəcəsini illik 11%-ə çatdırmaqla pul siyasətini sərtləşdirməyə başlamışdı. Gürcüstan Milli Bankı ümid edirdi ki, 2022-ci ilin sonuna qədər inflyasiyanın səviyyəsi 3 faizə düşəcək, lakin geoiqtisadi proseslərin gedişi bu hədəfə çatmğı şübhə altına alır.