Gürcüstanla münasibətlərimiz iqtisadi əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaradır

2022.07.04 11:34 (UTC+04:00)

Bu gün Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasından 16 il keçir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, dostluq və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərimiz iqtisadi əməkdaşlığımızın genişləndirilməsinə böyük imkanlar açır.