Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz Video
2022.07.04 11:19 (UTC+04:00)
DSMF-dən yeni e-xidmət:
Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,
hamiləliyə və doğuma görə,
uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,
uşağın anadan olmasına görə,
dəfn xərci kimi nəzərdə tutulan müavinət
ilə bağlı müraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənə bilərsiniz.
Bunun üçün:
e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz;
Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.
Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.