İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2022.06.30 16:25 (UTC+04:00)

İyunun 30-da Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zamanət Fondu” ASC–nin AZ2061008689 ISIN-li, 25 milyon manat həcmində, 7200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən bildirilib ki, hərrac zamanı 1 investor tərəfindən bir sifariş təqdim edilib. Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat olub. İstiqrazlar 2042-ci il martın 17-də ödəniləcək.