Yanvar-may aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 85,2 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 10,3 faiz artıb. Yüklərin 56,4 faizi avtomobil, 8,2 faizi dəmir yolu, 3,4 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı, 31,7 faizi isə boru kəməri ilə daşınıb.