Beş ayda ölkəyə 28,6 min avtomobil idxal olunub

2022.06.29 12:11 (UTC+04:00)

Yanvar-may aylarında Azərbaycana 369 milyon 468 min ABŞ dolları dəyərində 28 min 681 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 292-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 26 min 408-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1851-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 130-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.