Almaniyanın “NRW Global Business” şirkətinin nümayəndələri AZPROMO-da olublar

2022.06.28 18:19 (UTC+04:00)

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Almaniyanın “NRW Global Business” şirkətinin nümayəndələri arasında görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüşdə ölkəmizin investisiya mühiti və mövcud layihələr barədə məlumat verilib, “NRW Global Business” şirkətinin Azərbaycan məhsullarının Almaniyada daha çox tanıdılması istiqamətində işlərin aparılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.