Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumu keçirilir

2022.06.24 11:47 (UTC+04:00)

İyunun 24-də Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTIB) biznes forumu keçirilir.

Tədbirdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dimitri Pankin özəl sektorun nümayəndələri və digər rəsmi şəxslər iştirak edirlər.

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən biznes forumu “Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu” mövzusuna həsr olunub.

Forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq, biznes və investisiya mühitinə dair təqdimat keçiriləcək, iş adamları arasında görüşlər təşkil olunacaq.