Yanvar-may aylarında xarici ticarət dövriyyəsi 20 milyard dollardan çox olub

2022.06.24 11:19 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 74,1% artaraq 20,57 mlrd. dollar, ixrac isə 2,1 dəfə artaraq 15,42 mlrd. dollar olub.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "İxracın artması daha çox istehsal, investisiya və məşğulluq deməkdir".