İqtisadiyyat Nazirliyində “Uğur yolu” Karyera İnkişaf Proqramının iştirakçıları ilə görüş keçirilib

2022.06.23 14:43 (UTC+04:00)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İqtisadiyyat Nazirliyində növbəti dəfə təşkil olunan “Uğur yolu” Karyera İnkişaf Proqramının iştirakçıları ilə görüşüb. Qeyd edək ki, Nazirliyin Aparatında, strukturuna daxil olan və tabeliyindəki qurumlarda çalışan ümumilikdə 1475 əməkdaş müsabiqədə iştirak üçün qeydiyyatdan keçib.

Elnur Əliyev iştirakçıları salamlayaraq, “Uğur yolu” müsabiqəsinin əhəmiyyətini, Nazirliyin idarəçilik potensialı və intellektual səviyyəsi daha yüksək olan əməkdaşlarının müəyyən edilməsi, bilik və bacarıqlarının artırılmasında inkişaf proqramının önəmli rolunu vurğulayıb. Tədbirdə “Uğur yolu” Karyera İnkişaf Proqramının iştirakçılarına karyera və şəxsi inkişafla bağlı tövsiyələr verilib, sualları cavablandırılıb.

Görüşdə 2021-ci ildə keçirilmiş “Uğur yolu” müsabiqəsinin qalibləri seçim mərhələsi barədə fikirlərini bölüşüb, proqramın onların karyerası üçün yaratdığı imkanlardan bəhs ediblər.