Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji sahəsində yeni layihələrə başlayacaq

2022.06.23 12:31 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda bərpaolunan enerji sahəsində yeni layihələrə başlayacaq.

Bu sözləri mayın 23-də Bakı keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü illik toplantısında AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.

O bildirib ki, artıq Gəncədə bərk məişət tullantılarının idarə olunması üzrə layihəyə başlanılıb. Bu il günəş və külək enerjisi sahəsində daha iki layihə işə salınacaq. Bank Azərbaycanda “yaşıl iqtisadiyyat”ı dəstəkləməkdə davam edəcək.