Yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı 30,9 faiz artıb

2022.06.23 11:10 (UTC+04:00)

İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib: "Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq 1 mlrd. 188 mln. dollar təşkil edib".