Yunanıstanın Ekologiya və Enerji Nazirliyi tərəfindən parlamentə təqdim ediləcək qanun layihəsində 2020-2021-ci illər arasında qaz təchizatı şirkətlərinin mənfəət marjasındakı artımlardan 90 faiz dərəcəsi ilə vergi tutulması planlaşdırılır. Nazirlikdən bildirib ki, izafi mənfəətə tətbiq edilən fövqəladə vergidən daxil olan vəsait Yaşıl Enerjiyə Keçid Fonduna bağışlanacaq, istehlakçılar, müəssisələr və ev təsərrüfatları üçün elektrik enerjisi və qaz ödənişlərinin subsidiyalaşdırılması üçün istifadə olunacaq.
Qeyd edək ki, mayın sonunda Yunanıstan parlamenti elektrik enerjisinin topdansatış bazarında fəaliyyət göstərən enerji şirkətlərinin izafi mənfəətinə 90 faizlik dərəcə ilə vergi tətbiq edilməsinə səs verib.