İyunun 29-da Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) “Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlim keçirəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, təlimdə Bakı KOBİM-in eksperti Namiq Bayramov “Marketinq nədir; Brend anlayışı və onun marketinqdə əhəmiyyəti”, “Marketinqin kommunikasiya əməliyyatları”, “Satış və onun təşkili prosesi”, “B2C, B2B və B2G satışın təşkili xüsusiyyətləri” və s. mövzularında məruzə edəcək.
Təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz. Təlim ödənişsizdir.