Ümumi inşaat işlərinin 88,3 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

2022.06.22 11:30 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1milyard 214,3 milyon manatı (96,5 faizi) Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin dövrdə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 57,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16,2 faizini əsaslı təmir, 6,9 faizini cari təmir, 19 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 88,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.