Cari ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 43,3 faizi sənaye, 30,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,2 faizi tikinti, 1,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə ayrılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu dövr ərzində sözügedən vəsaitin 1,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,2 faizi informasiya və rabitə, 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 0,7 faizi təhsil, 0,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, hər birində 0,4 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.