Bu ilin beş ayında bərpaolunan mənbələrdən 930,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə energetika naziri Pərviz Şahbazov bildirib.
“Yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpaolunan mənbələrdən 118 milyon kVt/saat artımla 930,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib”, - nazir qeyd edib.