“Əşyaların interneti sahəsinin inkişaf perspektivləri və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib

2022.06.17 18:01 (UTC+04:00)

İyunun 17-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Əşyaların interneti sahəsinin inkişaf perspektivləri və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə əşyaların interneti ekosisteminin cari vəziyyəti, bu sahədə mövcud maneələrin aradan qaldırılması, ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərimizdə əşyaların internetinin inkişafının sürətləndirilməsi, standartların tətbiqi və hüquqi bazanın formalaşdırılması istiqamətində müzakirələr aparılıb.

Tədbirdə Azərbaycanda əşyaların interneti sahəsində xidmət göstərən və bu xidmətlərdən istifadə edən şirkətlər, o cümlədən mobil operatorlar və internet provayderlər iştirak edib.