Milli Məclis 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib

2022.06.17 14:03 (UTC+04:00)

Milli Məclis Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

Qanun layihəsi parlamentin iyunun 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285,0 min manat, xərclər 27 422 420,2 min manat məbləğində müəyyən edilib.