“Françayzinq” mövzusunda təlim keçiriləcək

2022.06.16 13:32 (UTC+04:00)

İyunun 24-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Françayzinq” mövzusunda təlim keçiriləcək.

Təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Elnur İslamov aşağıdakı mövzulardan danışacaq:

- Françayzinqin zərurəti;

- Dünyada françayzinq;

- Françayzinq biznesi;

- Françayzinq tərəfləri;

- Azərbaycanda françayzinq;

- Real françayz təklifin incələnməsi.

Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Təlimdə iştirak ödənişsizdir.