Rumıniyanın paytaxtında “ekoloji cəhətdən çirkli” avtomobillərə vergi tətbiq ediləcək

2022.06.16 14:08 (UTC+04:00)

Buxarest şəhərinin bələdiyyəsi ətraf mühiti çirkləndirən nəqliyyat vasitələrinə əlavə vergi tətbiq olunacağını elan edib. REGNUM xəbər agentliyinin Rumıniyanın “Digi24” telekanalına istinadən yaydığı xəbərdə görə, söhbət dizel yanacağı ilə işləyən avtomobillərdən, həmçinin atmosferə Avro1 və Avro2 səviyyəsində karbon qazı buraxan avtomobillərdən gedir. Bu avtomobillərin sahibləri hər gün şəhər büdcəsinə 20 ley (4,3 dollar) vergi ödəyəcəklər.

Yeni qayda Buxarest qeydiyyatında olan və regiona aid avtomobillərə şamil ediləcək. Bu qaydanın pozulmasına görə 5.000 ley (1.000 ABŞ dolları) qədər cərimə nəzərdə tutulur.

Qayda 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.