“Microsoft” şirkəti 27 illik hekayəyə son qoyub: artıq “Internet Explorer” brauzeri üçün dəstəyini dayandırıb. Bundan sonra brauzerin ən son versiyası olan “Internet Explorer 11” “Windows”un bir sıra versiyalarında dəstəklənməyəcək.
“Microsoft” tərəfindən hazırlanmış “Microsoft Edge” brauzeri 2029-cu ilə qədər “Internet Explorer” rejimini dəstəkləyəcək. Buna baxmayaraq proqram şirkəti istifadəçilərə başqa brauzerə keçmək üçün xəbərdarlıq edib.
Qeyd edək ki, “Internet Explorer” istifadəçilərə ilk dəfə 1995-ci ildə təqdim edilib. Bir çox insanın jnternetlə ilk tanışlığı “Explorer” sayəsində olub.
İllər boyunca ən çox istifadə edilən “Explorer” brauzeri 2003-cü ildə dünya üzrə təxminən 95 faiz istifadəçi payı ilə zirvəyə çatmışdı və “Windows” əməliyyat sistemində qurulan bu brauzer bazarın böyük hissəsini tuturdu. Lakin zaman keçdikcə digər brauzerlər populyarlaşdıqca “Internet Explorer” rəqabətdən geri qaldı.