Macarıstan hökuməti ƏDV dərəcəsinə yenidən baxır

2019.04.21 15:58 (UTC+04:00)

Macarıstanın kənd təsərrüfatı naziri Mixail Varqa bildirib ki, müəyyən mallar və xidmətlər üçün əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi 2019-cu ildə azaldılacaq və bu, artlq hökumətin tərtib etdiyi büdcədə nəzərə alınıb. Nazirin sözlərinə görə, hökumət bu siyahıya südü, yumurtanı və quş əti, eləcə də donuz ətini daxil etməyi palanlaşdırıb. Bu mallar 5 faizlik ƏDV güzəştinə düşür. Bundan əlavə, hökumətin planına əsasən, hazırda 27 faizlik standart ƏDV dərəcəsi tətbiq edilən restoran xidmətləri üçün də vergi güzəşti nəzərdə tutulur. Bu sahə üzrə ƏDV-nin 2020-ci il yanvarın 1-dən 18 faizə, 2021-ci ildə isə 5 faizə endiriləcəyi gözlənilir.

Nazir qeyd edib ki, intenet xidmətlərindən tutulan ƏDV-nin dərəcəsi də aşağı salınacaq. Rəqəmsal texnologiyaların inkişafı üzrə hökumət komissiyası internet xidmətlərinə ƏDV-nin standart dərəcəsini (27 faiz) aşağı salaraq 18 faiz müəyyənləşdirməyi təklif edib. Qeyd edək ki, Macarıstan hökuməti belə bir addımın atılmasını əvvəlcə Avropa Komissiyası ilə razılaşdırılmalıdır.