İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac iyunun 14-də keçirilib. Hərracda 9 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hərracda satılan avtomobillər əsasən Avropa, Amerika istehsalıdır və onların buraxılış tarixi 1996-2011-ci illər arasında dəyişir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/39tyQPJ)
Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 21 və 28 iyun tarixlərində keçiriləcək.