DEİK-in rəhbər heyəti ilə görüş olub

2022.06.14 14:33 (UTC+04:00)

Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) nümayəndələri ölkəmizdə səfərdədirlər.

Səfər çərçivəsində DEİK nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və DEİK-in İdarə Heyətinin sədri Kemal Kologlu arasında keçirilmiş görüşdə əməkdaşlıq imkanlarına və birgə təşəbbüslərə, o cümlədən Azərbaycan KOB-larının layihələrinə Türkiyəli investorların cəlb edilməsinə KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb.