Sığorta sahəsində attestasiya keçiriləcək

2022.06.14 10:30 (UTC+04:00)

İyunun 17-də sığorta sahəsində attestasiya keçiriləcək.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 2 rəhbər şəxs və 1 sığorta vasitəçisi Mərkəzi Bankda (Bakı şəhəri, Bülbül prospekti 27) keçiriləcək attestasiyaya dəvət olunurlar. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.