Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın iş adamları ilə Birləşmiş Ərəb Əmirliklərinin "Ecogarden" şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəliyi, AZPROMO, "Ecogarden" şirkətinin nümayəndələri, sahibkarlar iştirak ediblər.
"Ecogarden" ilə yerli şirkətlər arasında tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycanda istehsal edilən meyvə-tərəvəz məhsullarının Körfəz ölkələrinə ixracı ilə bağlı imkanlar müzakirə olunub.