Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,9 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

2022.06.13 17:38 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 657,3 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 534,4 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52 faiz, büdcə vəsaitləri 34,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, digər vəsaitlər 5,1 faiz, bank kreditləri isə 1,7 faiz təşkil edib.