Quba şəhərində vergi ödəyiciləri ilə görüş keçirilib

2018.12.02 12:00 (UTC+04:00)

3 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının topdansatış ticarət və istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, eləcə də rayonların ərazisində daşınmaz əmlakın icarəyə verilməsi (bazarlar) fəaliyyəti ilə məşğul olan sahibkarlarla keçirilmiş görüş "Vergi orqanlarında aparılan islahatlar, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər barədə qanun layihəsi", "Elektron qaimə-fakturanın tətbiqi və vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları" mövzularına həsr edilmişdir. Görüş zamanı vergi ödəyicilərini daha çox maraqlandıran suallar cavablandırılmış, aktual məsələlərə aydınlıq gətirilmişdir.