Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heygi arasında növbəti görüş keçirilib.
Onlayn formatda təşkil olunmuş görüşdə palatanın fəaliyyətinin genişləndirilməsi, palataya hər iki ölkədən şirkətlərin cəlb olunması, eləcə də iş adamlarının iştirakı ilə birgə tədbirin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İsveçrədəki Səfirliyinin nümayəndəsi və “İSR Holding”in baş direktoru Rauf Xəlilov da iştirak ediblər.