Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ölkə nümayəndəliyinin rəhbəri Kamola Mahmudova ilə görüşüb.
KOBİA-dan bildirilib ki, Görüşdə agentlik və AYİB arasında texniki yardım layihəsi çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub və bu əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.
Görüşdə rəqəmsal və “yaşıl” iqtisadiyyat, dövlət-özəl sektor tərəfdaşlığı sahələrində təşəbbüslərin dəstəklənməsi, KOB-ların maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi, AYİB-in müxtəlif proqram və layihələrində iştirak məsələlərinə dair fikir mübadiləsi aparılıb.