Birinci rüb üzrə xarici ticarət dövriyyəsi 10,8 milyard dollar təşkil edib

2022.06.10 16:42 (UTC+04:00)

Cari ilin birinci rübü üzrə xarici ticarət dövriyyəsi 10,8 milyard dollar təşkil edib, neft-qaz sektoru üzrə 7,1 milyard dollar həcmində profisit qeyri-neft sektoru üzrə 1,6 milyard dollar həcmində kəsiri bağlayıb və nəticədə xarici ticarət balansında 5,5 milyard dollarlıq profisit yaranıb.

Mərkəzi Bankdan bildirilib ki, hesabat dövründə Azərbaycanın dünyanın 152 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 10,6 faizi MDB üzvü olan dövlətlərin, 89,4 faizi isə digər xarici dövlətlərin payına düşür.