Cari ilin birinci rübü üzrə cari əməliyyatlar hesabının profisiti 4 milyard dollar və ya ÜDM-in 22,4 faizini təşkil edib (2021-ci ilin I rübü üzrə 628 milyon dollar profisit olub).
Mərkəzi Bankdan bildirilib ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,9 dəfə artaraq 5,5 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 18,2 faiz artaraq 1,5 milyard dollar məbləğində olub.